İki kənd arasında qırğın düşdü: Ən azı 45 nəfər qanına qəltan edildi

Hazırda 500 nəfər cəsədlərin axtarışı ilə məşğuldur
Sputnik

BAKI, 6 may — Sputnik. Nigeriyanın Birnin Qvari rayonunun Qvaska kəndində silahlı şəxslər 45 nəfəri qətlə yetiriblər. Sputnik Azərbaycan Premium Eagle nəşrinə istinadən xəbər verir ki, öldürülənlərin cəsədlərinin axtarışı davam edir.

Hazırda 500 nəfər cəsədlərin axtarışı ilə məşğuldur. Onların sözlərinə görə, öldürülənlərin dəqiq sayə bəlli deyil və qurbanların sayı arta bilər. Bütün qurbanların tapılması üçün bir neçə gün vaxt tələb oluna bilər.

Bu gün yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 17:30) 10 dəqiqəlik məsafədə yerləşən qonşu kənddən gələn silahlı şəxslər qətliam törədiblər.

Onlar bir neçə evi də yandırıblar. Nəticədə onlarla insan, o cümlədən qadın və uşaqlar evsiz qalıb.

Hələlik hadisənin səbəbləri bəlli deyil.