TƏHLİL

Dövlət Gömrük Komitəsinin sədri islahatlardan danışır

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyir ki, gələcəkdə həm biznes nümayəndələri, həm də gömrük orqanında xidmət göstərən əməkdaşlar qanuni ticarətdən olan tərəflər olaraq fəaliyyətlərini quracaqlar
Sputnik

Səfər Mehdiyev: “Sahibkarlar bütün texniki imkanlardan istifadə edəcəklər”
“Ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, gömrük biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq: 

“Gələcəkdə həm biznes nümayəndələri, həm də gömrük orqanında xidmət göstərən əməkdaşlar qanuni ticarətdən olan tərəflər olaraq fəaliyyətlərini quracaqlar, qanunsuz əməllər üzrə qəti imkan tədbirləri seçilib. Bundan sonra da prezidentimizin apardığı islahatların daha da dərinləşdirilməsi, daha da şaxələndirilməsi üzrə işlərimiz davam etdiriləcək. Gələcəkdə ilk növbədə sahibkarlar rahat idxal-ixrac əməliyyatları ilə məşğul olmaq üçün lazım olan bütün texniki imkanlardan istifadə edəcəklər. Struktur istiqamətində də yaxın zamanda yeni təkliflərimiz, yeni qərarlarımız olacaq”.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz