CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı xoşagəlməz qoxunun səbəbi açıqlandı

Atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçib
Sputnik

BAKI, 5 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərdə bildirilir ki, analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.

4 may 2018-ci il tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib