Türkiyədə otelin estakadası çöküb, çoxlu yaralanan var

Türkiyənin Aydın əyalətinin Didim rayonunda 5 ulduzlu otelin estakadasının çökməsi nəticəsində 8 nəfər yaralanıb
Sputnik

BAKI, 5 may — Sputnik. Türkiyənin Aydın əyalətinin Didim rayonunda 5 ulduzlu otelin estakadasının çökməsi nəticəsində 8 nəfər yaralanıb.

Türkiyənin Aydın əyalətinin Didim rayonunda 5 ulduzlu otelin estakadası çöküb

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, xilasetmə qrupları estakada altında qalan və dənizə düşən 8 nəfər yaralını xilas edib. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis, tibbi və yanğınsöndürmə briqadaları cəlb edilib.