Qonşumuzda arağın qiyməti dəfələrlə artdı

Türkiyə Nazirlər Kabinetinin verdiyi qərarla bu ölkədə spirtli içkilərdən alınan vergi ilə bağlı dəyişiklik edilib
Sputnik

BAKI, 5 may — Sputnik. Türkiyənin Nazirlər Kabinetinin verdiyi qərarla bu ölkədə spirtli içkilərdən alınan vergi ilə bağlı dəyişiklik edilib.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, spirtli içkilərə tətbiq edilən bəzi vergi dərəcələri azaldılıb, bəzilərində isə artırılıb.

Likör, şərab və viski kimi spirtli içkilərə tətbiq edilən vergi dərəcələri azaldılıb. Türkiyədə daha çox içilən rakı içkisi və araqlara tətbiq edilən vergi dərəcələri isə xeyli artırılıb.

Dəyişiklik Avropa İttifaqının uyğunluq qanunları çərçivəsində Türkiyənin götürdüyü öhdəliklərlə bağlıdır. Belə ki, Türkiyə yüksək dozada spirtli içkilərin vergilərini eyniləşdirmə öhdəliyi götürüb.