Türkiyə ordusundan son dəqiqə açıqlaması: PKK-ya ağır zərbə

"Zeytun budağı" əməliyyatı başlanandan indiyədək 4403 terrorçu zərərsizləşdirilib
Sputnik

BAKI, 5 may — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSK) son bir həftədə ikisi lider heyətdə olmaqla 14 terrorçunu zərərsizləşdirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bununla bağlı TSK-dan verilən açıqlamada müxtəlif tipli 23 silahın ələ keçirildiyi bildirilib.

TSK-dan deyilib ki, "Zeytun budağı" əməliyyatı başlanandan indiyədək 4403 terrorçu zərərsizləşdirilib.