HADİSƏ

Avtomobil oğruları qaça bilmədilər

Əlibəyli kəndindən kənd sakini Alik Xəlilova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Qaxbaş kənd sakinləri saxlanılıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 may— Sputnik. Avtomobil oğurluğu ilə məşqul olan dəstə Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərsizləşdirilib.

Belə ki, Əlibəyli kəndindən kənd sakini Alik Xəlilova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Qaxbaş kənd sakinləri, İmeda Qamxaraşvili, Ramazi Baçaliaşvili, Vitaliy Lomaşvili və əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov saxlanılıb.

Oğrulardan biri polis şöbəsində

Qeyd olunan faktla bağlı Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.