ELM

Alimlər minlərlə planet tapmağın üsulunu aşkar ediblər

Mütəxəssislər peyki Ayın cazibə qüvvəsindən yararlana biləcək şəkildə hazırlayıb
Sputnik

BAKI, 5 may — Sputnik. NASA yeni planetlər kəşf etmək məqsədilə "Tess" peykini Floridadakı kosmodromdan fəzaya buraxıb.

Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, "Tess" peykinin məqsədi kosmosda teleskopların daha ətraflı şəkildə tədqiq edəcəyi yerlərin kataloqunu hazırlamaqdır.

Layihəyə rəhbərliyi Massaçusets Texnologiya İnstitutundan Corc Ricker edir. Onun sözlərinə görə, bu peykdə bütün səmanı müşahidə edəcək dörd ədəd çox həssas kamera var.

Peyk dünyanın ətrafında fırlanacaq. Mütəxəssislər peyki Ayın cazibə qüvvəsindən yararlana biləcək şəkildə hazırlayıb. Belə ki, peyk çox az yanacaq istifadə edəcək və on illərlə fəaliyyət göstərəcək.

Peykin kameraları 27 günlük dövriyyələrlə kosmosu araşdıracaq və beləliklə, iki il ərzində fəzanın 85 faizini müşahidə edəcək.

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisi Jennifen Burt deyir ki, bu peyk vasitəsilə 2-3 min planetin kəşf edilməsini gözlənilir: "Tess"in missiyası tam zamanında başladı. Qarşıdakı illərdə yaxınlığımızdakı dünyaların atmosferini təhlil edəcək yeni nəsil super teleskoplar istifadəyə veriləcək".