CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Lalə”nin sahibi özünü öldürdü

Baxşəliyev Mahir Əhməd oğlu özünü bıçaqlayaq intihar edib
Sputnik

BAKI, 5 may — Sputnik. Sumqayıt şəhərində "Lalə" restoranının sahibi intihar edib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Baxşəliyev Mahir Əhməd oğlu özünü bıçaqlayaraq intihar edib.

İntiharın səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.