Ankara su altında qaldı: Sel insanları və maşınları apardı – VİDEO

Ankarada qəfil yağan yağış selə səbəb olub
Sputnik

BAKI, 5 may — Sputnik. Ankarada qəfil yağan yağış selə səbəb olub.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, paytaxtda günorta saatlarında qəfil yağan yağış Mamak küçəsində selə səbəb olub. Sel küçədə olan nəqliyyat vasitələrini yuyub aparıb. Ən azı 1 nəfər itkin düşüb. Sonradan onun xilas edildiyi bildirilir. Çoxlu sayda iş yerini su basıb.

Sel fəlakəti səbəbi ilə 6 nəfər yaralanıb.