Fələstində vəziyyət pisləşir: Bütün əhali ayağa qalxır

Etiraz Donald Trampın qərarının həyata keçməyəcəyinə dair güclü mesaj olacaq
Sputnik

BAKI, 5 may — Sputnik. Mayın 14-də ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürməsi gözlənilir. Buna qarşı olaraq bütün fələstinlilərə Qəzza zolağında toplanma çağırışı edilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu çağırışın, ABŞ prezidenti Donald Trampın qərarının həyata keçməyəcəyinə dair güclü mesaj olacağı bildirilib.

Qeyd edək ki, Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi göstərişi verdiyini açıqlamışdı. ABŞ rəhbərliyi mayın 14-də səfirliyin Tel-Əvivdən Qüdsə köçürüləcəyi ilə bağlı qərar verib.