RUSİYA

Rusiyada nəhəng hərbi hazırlıq: Putin Qərbə "gözdağı" verməyə hazırlaşır

"Kinjal" aviasiya raket kompleksi ilk dəfə nümayiş etdiriləcək
Sputnik

BAKI, 4 may — Sputnik. Rusiya prezidenti Vladimir Putinin haqqında açıqlama verdiyi hipersəs sürətli "Kinjal" (Xəncər) aviasiya raket kompleksi 9 may Qələbə Günündə Qırmızı Meydanda keçiriləcək paradda ilk dəfə nümayiş etdiriləcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

ABŞ Rusiyaya görə Türkiyəyə xəbərdarlıq etdi

Şoyqu bildirib ki, paradda müxtəlif qırıcılar da nümayiş olunacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.

Putin "Kinjal"ı analosu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".