CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəhərdə turistlərin ev kirayələməsi qadağan edildi: Səbəb...

İspaniyanın Palma-de-Mayorka şəhərində turistlərin ev kirayələməsi qadağan edilib
Sputnik

BAKI, 4 may — Sputnik. Palma-de-Mayorka bu mövsümdən çoxmərtəbəli binalarda turizm məqsədi ilə mənzillərin icarəyə verilməsinin qadağan ediləcəyi ilk İspaniya şəhəri olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası məlumat yayıb.

Balear adaları və Mayorka adasının paytaxtı Palmanın Şəhər Şurası fərdi sahibkarlara çoxmərtəbəli binalarda mənzil kirayə verməyi qadağan edən qanun layihəsi qəbul edib. İyul ayından qüvvəyə minəcək qadağa tək ailələrin yaşadığı ayrıca ev və villaları nəzərdə tutmur.

Palma hökuməti bu addımı onunla izah edir ki, "Airbnb" tipli saytların məşhurluğu səbəbindən turizmin nəzarətsiz artımı Mayorka paytaxtında mənzillərin kəskin bahalaşmasına gətirib çıxarıb.

Son 4 ildə burada daşınmaz əmlakın icarəsi 40 faiz artıb. Bu səbəbdən adaya gələn mütəxəssislər burada çox qalmırlar. Çünki burada, xüsusilə mövsümdə çox bahalaşan mənzil kirayə etmək onların büdcəsinə görə deyil.