MƏDƏNİYYƏT

Ötən əsr Hollivud gözəlliyinin simvolu

“Roma tətilləri” filmindən şahzadə Anna kimi tanıdığımız Odri Hepbern 88 il əvvvəl anadan olub
Sputnik

BAKI, 4 may — Sputnik. 1929-cu il mayın 4-də ingilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. "Roma tətilləri" (şahzadə Anna) "Hərb və sülh" (Nataşa Rostova), "Şarada" (Regina Lampert), "Tiffani ilə səhər yeməyi" (Holli Qolaytli), "Milyonu necə oğurlamalı" (Nikol Bonne) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Hepbern Brüsseldə anadan olub. 1948-ci ildə isə Londona köçüb. Öncə Avropa filmlərində çəkilib. Yaxşı oyunu ilə Hollivudun diqqətini cəlb edib. 

Odri Hepbern 1954-cü ildə "Roma tətilləri" filmindəki şahzadə Anna roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" mükafatını alır və daha 4 dəfə bu mükafatın nominantı olur.

Hepbern dövrünün ən çox qazanan kinoaktrisalarından olub və Qreqori Pek, Reks Harrison, Keri Qrant, Henri Fonda, Qeri Kuper, Uilyam Holden, Fred Aster, Piter O’Tul və Albert Finni kimi məşhurlarla tərəf müqabili olub.