BAKI, 4 may — Sputnik. Azərbaycanda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 3 dəfə artırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib.
Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb.