HADİSƏ

Bakıda ağır yol qəzası nəticəsində 2 nəfər öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Sputnik

BAKI, 4 may — Sputnik. Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yük avtomobili “Mercedes” və “Oka” markalı minik avtomobilləri toqquşub.

Səhiyyə Nazirliyindən Səfayə Əhmədova APA-ya bildirib ki, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alanlardan ikisi tibbi yardım maşını gəlməmiş yerindəcə keçinib. Xəsarət alan bir qadın və bir kişiyə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar Kliniki Tibbi Mərkəzə çatdırılıb.