HADİSƏ

Binəqədidə cinsi azlıq nümayəndəsini bıçaqladılar

Hadisə cinsi azlıq nümayəndəsi olan zərərçəkmişin naməlum şəxsə əxlaqdan kənar təklif etməsi səbəb olub
Sputnik

BAKI, 4 may — Sputnik. Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, 1994- cü il təvəllüdlü Qurbanov Şükran Bəkir oğlu Azadlıq prospektində naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə Ş.Qurbanov boğazından bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Hadisə cinsi azlıq nümayəndəsi olan zərərçəkmişin naməlum şəxsə əxlaqdan kənar təklif etməsi səbəb olub.