SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Şurasından Yerevana kritik zəng

Tərəflər Ermənistandakı siyasi vəziyyəti müzakirə ediblər
Sputnik

BAKI, 4 may — Sputnik. Avropa Şurası (AŞ) ölkə qanunvericiliyində islahatların aparılmasında Ermənistana yardım etməyə hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Turbyorn Yaqland Ermənistan prezidenti Armen Sarkisyanla telefon danışığı zamanı bildirib.

Yerevan hadisələrinin arxasından görün kim çıxdı

Məlumata əsasən, tərəflər Ermənistandakı siyasi vəziyyəti müzakirə ediblər və vurğulayıblar ki, mövcud problemləri Konstitusiya və qanunlar çərçivəsində həll etmək lazımdır. Sarkisyan, eyni zamanda Ermənistanın demokratiya norma və prinsiplərinə sadiq olduğunu deyib. O, həmçinin Yaqlandı Ermənistana dəvət edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın birində isə Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunub. Səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümummilli tətil elan edib.