Türk gəncləri tez-tez sosial şəbəkələrdə Ankara-Qars "Şərq ekspressi" qatarı ilə səyahətləri zamanı çəkdikləri foto və videoları paylaşırlar.
Express üçün biletlər bir neçə saat ərzində satın alınır.
Qatarda səyahət etməyi xoşlayan gənclər tanış olmaq, sosiallaşmaq, yeni dostlar tapmaq, əylənmək və bir çoxlarının özləri üçün yaratdıqları romantik mühitə dalmaq üçün səyahətə çıxırlar.
Paytaxtdan sonuncu məntəqəyə qədər yol çox gözəl mənzərəli yerlərdən — Ankara, Kayseri, Siva, Ərzincan, Ərzurum və Qarsdan keçir. Mənzil başına çatarkən bir çoxları Çıldır gölünə gedir, orada bir qədər vaxt keçirəndən sonra geri qayıdırlar. 2017-ci ildə "Şərq ekspressi" ilə 300 minədək insan səyahət edib. Bu, əvvəlki illə müqayisədə 40% çoxdur. Bu səyahətin populyarlığı getdikcə artır.