BAKI, 4 may — Sputnik. ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınmasına dair Türkiyənin qərarından narahatlığını ifadə etməkdə davam edir. Sputnik Azərbaycan "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert mətbuat konfransında bildirib.
"Biz Türkiyənin Rusiyadan "S-400"-lər almasından ciddi narahatlıq keçiririk. NATO-ya üzv olan ölkə kimi Türkiyə Alyansla bağlanan razılaşmalara əsasən, onlar yalnız NATO-dakı tərəfdaşlarının sistemlərinə uyğun gələn silah əldə etməlidir. Biz bu məsələdə uyğunluq olduğunu düşünmürük", — deyə Nauert vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın "S-400"-ləri almaq barədə qərarından narahat olduqlarını bildirib.