Gürcüstanın adını rəsmən dəyişdilər

Gürcüstanın müstəqilliyinin 100 illiyi ərəfəsində rəsmi qərar qəbul edilib
Sputnik

BAKI, 4 may — Sputnik. Bundan sonra Litvada Gürcüstan rəsmi olaraq Sakartvelo adlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz "Twitter" səhifəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçus (Linas Linkevičius) yazıb.

Gürcüstan-Azərbaycan sərhədində sərhədçinin cəsədi tapıldı

"Gürcütanın müstəqilliyinin 100 illiyi ərəfəsində rəsmi qərar qəbul edilib. Bundan sonra ölkə litva dilində Sakartvelo adlanacaq", — deyə Linkyaviçus yazıb.

Daha sonra nazir gürcü dilində yazıb: "Bu tarixi qərar münasibətilə təbrik edirəm! Var olsun Litva – Gürcüstan dostluğu! Gürcüstanın bu ölkədəki səfiri Xatuna Salukvadze bu faktın xüsusi önəmini vurğulayıb: "Tam məsuliyyəti ilə bu günü Gürcüstan və Litva dostluq günü adlandırmaq olar".

İndiyə qədər Litvanın rəsmi sənədlərində ölkə "Qruzija" kimi yazılırdı.

Qeyd edək ki, Litva "Gürcüstan" əvəzinə "Sakartvelo" sözündən istifadə edən ilk ölkədir.