Zibil qutusundan milyonlarla qiyməti olan qızıl çıxdı

Koreya polisinin yaydığı məlumatda bildirilir ki, külçələrin sahibi hələ də bu barədə onlara müraciət etməyib
Sputnik

BAKI, 3 may — Sputnik. Cənubi Koreyanın İnçxon Beynəlxalq Hava Limanında işləyən xadimə hava limanında yerləşən zibil qutusunda dəyəri 350 milyon von (təxminən 327 min dollar) olan qızıl külçələri tapıb. Bu barədə Sputnik AzərbaycanThe Korea Times”-a istinadən xəbər verir.

Koreya polisinin yaydığı məlumatda bildirilir ki, külçələrin sahibi hələ də bu barədə onlara müraciət etməyib. Əgər onların sahibi altı ay ərzində müəyyənləşməsə, xadimə qızıl külçələrinin rəsmi sahibi elan ediləcək.

Bu müddət ərzində külçələrin sahibi müəyyənləşsə belə, xadimə qızıl külçələrinin bazar dəyərinin 20%-i qədər vəsait veriləcək. Əgər külçələrin hər hansı bir cinayət nəticəsində əldə edildiyi aşkarlansa, onda xadiməyə vəsait çatmayacaq.