BAKI, 3 may — Sputnik. HSBC bankın Yerevanda yerləşən filialına silahlı hücum edən şəxsin kimliyi məlum olub. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan polisinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.
Canoyan bildirib ki, banka Yol Hərəkəti Qaydalarının Pozulmasının Qeydiyyatı Mərkəzinin rəisi polkovnik Daniel Danielyan hücum edib.
HSBC bankının Yerevandakı filialında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.