Yəhudilərin bayramında partlayış baş verib, onlarla yaralı var

Versiyalardan birinə əsasən, bayram zamanı naməlum şəxs tonqala partlayıcı atıb
Sputnik

BAKI, 3 may — Sputnik. Böyük Britaniyanın paytaxtı Londonda patlayış baş verib. Sputnik Azərbaycan "Daily Express"-ə istinadən xəbər verir ki, Stemford-Hill rayonunda baş verən partlayış nəticəsində azı 30 nəfər yaralanıb.

Məlumata əsasən, partlayış zamanı yəhudilər Lag BaOmer milli bayramını qeyd edirmiş. Hazırda partlayışla bağlı bir neçə versiya var. Versiyalardan birinə əsasən, bayram zamanı naməlum şəxs tonqala partlayıcı atıb.

Hadisə nəticəsində tonqalın ətrafında olanlar yaralanıblar. Digər versiyaya əsasən isə, hadisə smartfonun partlaması nəticəsində baş verib.