RUSİYA

Daha bir messencerin bağlanmaq təhlükəsi var

Proqramın, şifrələmə açarlarını FTX-yə təqdim etmədiyinə görə bağlandığı bildirilir
Sputnik

BAKI, 3 may — Sputnik. Əgər Federal Təhlükəsizlik Xidməti (FTX) "Viber"dən şifrələmə açarlarını almaqda problem yaşasa, o zaman FTX məhkəməyə müraciət etməlidir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rabitə və Kütləvi Kommunikasiyalar naziri Nikolay Nikiforov məlumat verib. Onun sözlərinə görə, "Viber" messencerini də "Teleqram"ın taleyi gözləyir.

Məhkəmənin "Teleqram"la bağlı qərarına şərh vermək istəməyən Nikiforov qeyd edib ki, hazırda bü işlər uğurla davam etdirilir və bu işlərə məşğul olan səlahiyyətli şəxslər var.

Xatırladaq ki, aprelin 13-də Taqanski Məhkəməsi Rusiya ərazisində "Teleqram" messencerinin bağlanması ilə bağlı qərar verib. Proqramın, şifrələmə açarlarını FTX yə təqdim etmədiyinə görə bağlandığı bildirilir.