Kilsədə 60 minlik toxunuş: Sənət əsəri yerə düşüb parçalandı

Sənət əsərini kimin qırması isə hələ də araşdırılır
Sputnik

BAKI, 3 may — Sputnik. Dünyada məşhur olan Cef Kounsun 60 min dollar dəyərində olan sənət əsəri qırılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Amsterdamda kilsədə nümayiş etdirilən "Gazing Ball" (Baxan Top) adlı əsərə toxunan ziyarətçi onu yerə salıb. Yeni il ağaclarının üzərinə bəzək olaraq asılan toplara bənzəyən sənət əsəri yerə düşüncə paramparça olub.

Amsterdamdakı Nieuve Kerk adlı kilsənin sözçüsü Martin van Şivenin sözlərinə görə, top bir toxunuşla yerə düşüb və parçalanıb. Topun bir qismi hələ də nümayiş etdirilir. Sənət əsərini kimin qırması isə hələ də araşdırılır.