TƏHLİL

Politoloq: “Paşinyanı sıradan çıxarmaq mümkün olmayacaq”

Politoloq Tofiq Abbasov deyir ki, köhnə hakimiyyət məğlubiyyətlə barışmadığı üçün maneələr törədir
Sputnik

Tofiq Abbasov: “Paşinyanın təslim olacağına inanmıram”
“Ermənistandakı hadisələrdə xalq kütlələrinin köhnə sistemlə mübarizəsi müşahidə olunur”. Bunu Ermənistanda baş verən son hadisələri Sputnik Azərbaycan-a şərh edərkən politoloq Tofiq Abbasov deyib. Politoloq deyir ki, Ermənistanda xalq kütləsinin qarşısını almaq üçün ağıllı yanaşma lazımdır:

“Nikol Paşinyan ölkədə növbədənkənar seçkilərin keçirilməsini vacib sayır. Ona görə də onun qarşısını almaq ağıllı gediş deyil. N.Paşinyanın istədikləri nə qədər tez reallaşdırılsa, Ermənistan qazanacaq. Ancaq köhnə hakimiyyət məğlubiyyətlə barışmır və maneələr törədir. Belə vəziyyətdə Paşinyanın təslim olacağına inanmıram”.

Qeyd edək ki, Ermənistan parlamenti mayın 1-də keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. Bundan sonra N.Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.