Azərbaycanda dəhşət: Oğul anasını döyə-döyə öldürdü

Ağcabədi rayon sakini Mahirə Azadova yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib
Sputnik

Bakı, 3 may — Sputnik. Ağcabədi rayonunda oğul anasını döyərək qətlə yetirib. DİN-dən Sputnik Azərbaycan-a verilmiş məlumatda deyilir ki, mayın 2-də saat 1 radələrində Ağcabədi rayon sakini Mahirə Azadova yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib. 

Lənkəranda qətl: Kişinin ikinci arvadı birinci arvadını öldürdü

Hadisə barədə Ağcabədi Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Azadovanın həmin gün oğlu, əvvəllər məhkum olunmuş Elman Kərimovla aralarında münaqişə olması, Elmanın sərxoş halda anasını, habelə qardaşı oğlu Bağdan Kərimovu döyməsi müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən E.Kərimov polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.