Türkiyədə məşhur aktyor deputatlığa namizəd oldu

Onun namizədliyi "İyi" partiyasından irəli sürülüb
Sputnik

Bakı, 3 may — Sputnik. "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında canlandırdığı Reşit rolu ilə məşhurlaşan aktyor Seda Yıldız millət vəkili olmaq niyyətindədir. Sputnik Azərbaycan"Son Dakika"ya istinadən xəbər verir ki, onun namizədliyi "İyi" partiyasından irəli sürülüb.

Qeyd edək ki, Seda Yıldız 20 may 1962-ci il tarixində Zonguldağda doğulub. O, Memar Sinan Universitetində təhsil alıb.

Seda Yıldıza ən çox məşhurluğu isə "Kurtlar Vadisi Pusu" və "Eşkıya Dünyaya Hükümdar Olmaz" seriallarıda canlandırdığı obrazlar gətirib.