RUSİYA

Ermənistandakı vəziyyət bu ölkədə də diqqətlə izlənir

Nazirlik məsələ ilə bağlı bəyanat yayıb
Sputnik

BAKI, 3 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistandakı siyasi durumla bağlı bəyanat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq bəyanat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.

"Dost Ermənistanda ölkə daxili siyasi prosesləri diqqətlə izləməyə davam edirik. Hesab edirik ki, bütün fikir ayrılıqları respublikanın siyasi gücləri arasında konstruktiv dialoq yolu ilə hüquq, Konstitusiya çərçivəsində həll ediləcək", — deyə bəyanatda vurğulanır.

Rusiya XİN bildirib ki, dialoq dövlət strukturlarının sabit fəaliyyətini, cəmiyyətin normal həyatını tez bir zamanda bərpa etməyə imkan verəcək.