CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrük Komitəsinin rəhbərliyində ciddi islahat: İki general...

Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli əməkdaşı sərəncama götürülüb
Sputnik

BAKI, 3 may — Sputnik. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati — ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər. Bu barədə Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumat verir.

Xəbərdə deyilir ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.