BAKI, 3 may — Sputnik. Türkiyədə tramvayda maraqlı hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, gənc Samsunda tramvayda ayaqqabısı olmayan uşağa öz ayaqqabılarını çıxarıb verib. Özü isə yoluna corabla davam edib.
Məlumata görə, sərnişinlər arasında bir uşağın ayaqqabısız olduğunu görən gənc ona yaxınlaşıb. Bir qədər söhbət etdikdən sonra gənc öz ayaqqabılarını çıxarıb uşağa geyindirib, daha sonra ayaqqabıların bağını bağlayıb. Gəncin bu davranışını digər sərnişinlər çəkib. Şəkillər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.