Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ və İran arasındakı gərginlik artan mərhələdədir: “Burada məqsəd İrana qarşı böyük kampaniyaya başlamaqdır. ABŞ-ın məqsədi İrana hücum etmək, rejimi dəyişməkdir. Proseslərdə diplomatik ritorikanı, hərbi ritorika əvəz edir. Yaxın zamanda ABŞ və İsrail dünya ictimaiyyətinin verdiyi reaksiyadan asılı olaraq növbəti mərhələyə keçəcək. Bütün bunlara baxmayaraq, İranın ABŞ-la dialoq imkanı var. ABŞ istəyir ki, İran Rusiya və Türkiyəyə qarşı hərəkət etsin. Düşünürəm ki, İran yenidən dialoq mexanizmini ortaya qoyacaq. Əgər bu olmasa, ABŞ İranı vuracaq. Belə bir müharibə isə region üçün faciədir”.
Qeyd edək ki, İsrailin baş naziri B.Netanyahu İranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə günahlandırıb.