HADİSƏ

Üç azərbaycanlı qadın başqa ölkədə ömürlük həbs olundu

Azərbaycanlı qadınlar terror təşkilatı ilə əlaqədə günahlandırılıb
Sputnik

BAKI, 3 may — Sputnik. İraqın mərkəzi cinayət məhkəməsi İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının fəaliyyətində iştirak etdikləri üçün 8 xarici ölkədən olan qadınlara ömürlük həbs cəzası verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İraq Ali Məhkəmə Şurasının nümayəndəsi, hakim Səttar Beyrakdar bildirib.

"İraqın mərkəzi cinayət məhkəməsi İŞİD terror təşkilatının fəaliyyətində iştirak etdikləri üçün 8 xarici ölkədən olan qadınlara ömürlük həbs cəzası verib: Onlardan 3-ü Türkiyə, 3-ü Azərbaycan, 1-i Özbəkistan, 1-i isə Suriya vətəndaşlarıdır", — deyə iraqlı hakim bildirib.

Beyrakdar vurğulayıb ki, qərar terrorizmlə mübarizə üzrə qanunvericiliyin ikinci bəndinə uyğun olaraq verilib.