Yerevan metropoliteni iflic oldu: Tətil ölkəni bürüyür

Onlar bu addımlarını saat 17:00-a qədər davam etdirmək niyyətindədirlər
Sputnik

BAKI, 2 may — Sputnik. Karen Dəmirçiyan adına Yerevan Metropolitenin əməkdaşları müxalifətin kütləvi aksiyasına qoşulub.

Sputnik AzərbaycanNews.am”-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Qeyd edək ki, mayın 2-si səhər saatlarında Yerevan metrosunun bütün stansiyaları bağlanıb. Yerevanda nəqliyyat sistemi müxalifət lideri Nikol Paşinyanın tərəfdarları tərəfindən tamamilə iflic edilib. Onlar bu addımlarını saat 17:00-a qədər davam etdirmək niyyətindədilər.

Bundan sonra onlar küçələrin blokadasını dayandıracaq və insanların 19:00-da Yerevanın Mərkəzi Meydanında baş tutacaq mitinqə gəlməsi üçün şərait yaradacaqlar.