Zibil qutusunda tapılan sərvət onu milyonçu edəcək, əgər...

Külçələrin sahibi müəyyənləşsə belə, xadiməyə qızıl külçələrinin bazar dəyərinin 20%-i qədər vəsait veriləcək
Sputnik

BAKI, 2 may — Sputnik. Xadimə Cənubi Koreyanın İnçxon Beynəlxalq Hava Limanında yerləşən zibil qutusunda dəyəri 350 milyon von (təxminən 327 min dollar) olan qızıl külçələri tapıb. Bu barədə Sputnik Azərbaycan “The Korea Times”-a istinadən xəbər verir. 

Koreya polisinin yaydığı məlumatda bildirilir ki, külçələrin sahibi hələ də bu barədə onlara müraciət etməyib. Əgər onların sahibi altı ay ərzində müəyyənləşməsə qızıl külçələrinin rəsmi sahibi xadimə elan ediləcək. 

Bu müddət ərzində külçələrin sahibi müəyyənləşsə belə, xadiməyə qızıl külçələrinin bazar dəyərinin 20%-i qədər vəsait veriləcək. Əgər külçələrin hər hansı bir cinayət fəaliyyəti ilə bağlılığı aşkarlansa, onda xadiməyə vəsait çatmayacaq.