Rusiyada həmyerlisini öldürən azərbaycanlı həbs edilib

İstintaq zamanı məlum olub ki, öldürülən və saxlanılan şəxs "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") cinayətkar qrupunun üzvüdür
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Sankt Peterburq hüquq mühafizə orqanları azərbaycanlı cinayətkar dəstənin üzvü, 32 yaşlı Fizuli Qarayevi öldürən şübhəlini saxlayıb. Sputnik Azərbaycan"fontanka.ru" saytına istinadla xəbər verir ki, hadisə mayın 1-də, yerli vaxtla 19.30 da baş verib.

Belə ki, Lomonosov küçəsində binaların birinin həyətində cinayətkar 32 yaşlı azərbaycanlı Fizuli Qarayevə baş nahiyəsindən Makaraov tipli tapança ilə 5 dəfə atəş açıb.

"Lotu Quli"nin yaxın adamı Ağstafada tutuldu

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar, 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu saxlayıb. Məmmədovu "Soyuz Peçatnikov" küçəsində 29 saylı evdə tutublar.

Hüquq mühafizə orqanlarının əməkdaşları onu şkafda gizlənmiş halda tapıblar.

İstintaq zamanı məlum olub ki, öldürülən və saxlanılan şəxs "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") cinayətkar qrupunun üzvüdür. Rusiyanın qanun keşikçiləri onu ən aqressiv oğru adlandırırlar.

Münaqişənin iştirakçıları Azərbaycanlı iş adamlarından xərac yığılmasına cavabdehlik daşıyırmış. Onlar, eyni zamanda Apraksin həyətindəki bazarın ticarətçilərini də idarə edirmişlər.

Məlumata görə, "Apraksin həyəti"-ndə azərbaycanlılar, ermənilər və əfqanlar liderlik edirlər. Eyni zamanda orada digər millətlərin nümayəndələri də yaşayır və alver edir. Bazarda tez-tez oğurluq və hətta qətl hadisələri də baş verir.

İlkin məlumata görə, Məmmədovun cinayəti törətməsinə Səlifovun onun yerinə Qarayevi təyin etməsi səbəb olub. "Loti Quli"nin Məmmədova qarşı olan inamı itib və azərbaycanlı iş adamlarından xəracın yığılmasını Qarayevə həvalə edib.