RUSİYA

Sankt-Peterburqda Lotu Qulinin adamı güllələndi

Qatilin 46 yaşlı azərbaycanlı olduğu bildirilir
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Mayın 1-də Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində 32 yaşlı Azərbaycan vətəndaşı güllələnib. Bu barədə Sputnik Azərbaycan-a Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.

Qətl hadisəsi Lomonosov küçəsində qurulmuş videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Məlumata görə, qatil qurbanın başına Makarov tapançasından 5 dəfə atəş açıb. 

Lənkəranda qətl: Kişinin ikinci arvadı birinci arvadını öldürdü

Cinayətkarın 3 ortağı da hadisə yerində olub. Azərbaycanlı olduğu güman edilən kişi qurbanı söhbət etmək üçün keçidə çağıraraq orada güllələyib. Sonra cinayətkarlar tapançalarından birini (cinayətin həyata keçirildiyi tapançanı yox) ataraq qaçıblar. 

Bəzi məlumatlara görə, qətləə yetirilən şəxs hazırda Türkiyədə yaşayan kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) aid olan cinayətkar dəstənin üzvü imiş. Münaqişə əmlak mübahisəsinə görə baş verib.

Öldürülənin şəxsiyyəti müəyyən edilib, lakin onun adı hələlik açıqlanmır.

Qatilin isə 46 yaşlı azərbaycanlı olduğu bildirilir.

Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.