BAKI, 2 may — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, FED uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.
Qeyd edək ki, sonuncu dəfə FED martın 21-də uçot dərəcəsini artırıb.
Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.