İnqilabın son akkordları: Bütün Ermənistan ayağa qalxıb

Nümayişçilər İrəvanın "Zvartnots" hava limanına gedən yolları bağlayıblar
Sputnik

Bakı, 2 may — Sputnik. Ermənistan paytaxtında müxalifət lideri Nikol Paşinyanın tərəfdarları bütün mərkəzi yolları bağlayıb, nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Sputnik Armeniya xəbər verir ki, müxalifət lideri respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.

Bundan əlavə İrəvan metrosunun da işi iflic olub. Belə ki, etirazçılar relslərin üzərində oturaraq qatarların hərəkətinə mane olur.

Bundan əlavə nümayişçilər İrəvanın "Zvartnots" hava limanına gedən yolları bağlayıblar.

1 / 4
İrəvan metrosu
2 / 4
İrəvan metrosu
3 / 4
Gənclər yolları bağlayıblar
4 / 4
Gənclər yolları bağlayıblar

Qeyd edək ki, Ermənistan parlamentinin xüsusi iclasında deputatların əksəriyyəti (56 nəfər) Paşinyanın namizədliyinin əleyhinə səs verib. Onun lehinə 45 nəfər səs verib.

Nikol Paşinyan Ermənistanın baş naziri postuna yeganə namizəd idi. Seçilmək üçün ona 105 deputatdan 53-nün səsi lazım idi.

Ermənistanın keçmiş baş naziri Serj Sarqsyan aprelin 23-də kütləvi etirazlardan sonra istefa verib.