MƏDƏNİYYƏT

Zaqatalalı oğlan Moskvadakı bir qız haqqında oxuyub

“Sən supersən!” vokal layihəsində Azərbaycan təmsilçisi Polad Bülbüloğlunun repertuarından məşhur “Dolalay” mahnısını ifa edib. Bizim iştirakçının çıxışına Sputnik-in videosunda baxın!
Sputnik

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.