CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil nazirindən tapdığı 5 min manatı sahibinə qaytaran məktəbli ilə bağlı qərar

Sputnik

BAKI, 1 may — Sputnik. İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov barədə təhsil naziri Ceyhun Bayramov xüsusi qərar qəbul edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb.

Məlumata əsasən, örnək davranışına görə Abbasov Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edilib, ona planşet və kitablar hədiyyə olunub.