BAKI, 1 may — Sputnik. Bu gün Təbriz küçəsində hərəkət tam məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir. Bildirilir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 1-dən 2-nə keçən gecədən etibarən Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.