Bakı, 1 may — Sputnik. "Erməni xalqının birliyi Bakının Qarabağ məsələsini sülh yolu ilə həllinə dair illüziyasını dayandıracaq". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan baş naziri postuna namizəd, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bildirib.
Qarabağ üzrə danışıqlara gəldikdə isə, o deyib: "Bunun, yalnız Azərbaycan beynəlxalq birliyə, beynəlxalq hüququn normalarına riayət etməyə və bu normalar əsasında münaqişənin həllinə hazır olduğunu bildirdiyi vaxt mənası olacaq".
"Münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri Bakını məntiqsiz addımlardan çəkindirmək üçün öz bütün təsirindən istifadə etməlidir", — deyə Paşinyan vurğulayıb. O qeyd edib ki, Qarabağa dair danışıqlar zamanı heç bir güzəştdən söhbət gedə bilməz.