HADİSƏ

Paytaxtın bu ərazisində yanğın baş verdi, elektrik xətləri kəsildi

Sakinlər bildirir ki, burada yanğın müxtəlif səbəblərdən baş verə bilər
Sputnik

BAKI, 1 may — Sputnik. Paytaxtdakı Azərbaycan universitetinin arxasında, Nəsimi rayonunun İmran Qasımov küçəsindəkı köhnə tikilidə yanğın baş verib. Bu barədə Sputnik Azərbaycan sakinlərə istinadən xəbər verir.

Sakinlərin sözlərinə görə, buradakı tərk edilmiş evlərdə yaşayış olmayıb və ərazi zibillik olub. 

Sakinlər bildirir ki, burada yanğın müxtəlif səbəblərdən baş verə bilər: "Bura çox zaman uşaqların oynadığı yer olub. Ərazi tikinti şirkəti tərəfindən alınıb". 

Yanğın nəticəsində ərazidəki elektrik xətləri zərər görüb. Yanğın söndürülüb və hazırda qəza yerində "Azərişıq" ASC-nın əməkdaşları çalışır. Onlar bütün əraziyə elektrik enerjisinin verilməsini dayandırıblar.