BAKI, 1 may — Sputnik. Ermənistanın hakim Respublikaçı Partiyasının parlament fraksiyası qapalı iclas keçirib. Sputnik Ermənistan xəbər verir ki, qapalı iclas zamanı baş nazir seçkiləri zamanı necə səs vermək müzakirə olunub.
İclasdan sonra fraksiyanın rəhbəri Vaqram Baqdasaryan bildirib ki, vahid qərar qəbul edilib və o bu qərarı parlamentin iclasında çıxışı zamanı bildirəcək: “Bir az gözləyin. Biz qərarımızı barədə parlamentin iclasında çıxışım zamanı açıqlayacağıq”.