CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar böyük müharibənin yadigarlarıdırlar: Bərdədə 11 veteran yardım alacaq

Onlardan ən yaşlısı 100 illiyi iyunun 7-də qeyd olunacaq Məcid Quliyevdir
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikası Prezidentinin İkinci Dünya Müharibəsi iştirakçıları ilə bağlı sərəncamından Bərdə sakinləri də istifadə edə biləckələr.

Belə ki, faşizm üzərində qələbədə iştirak etmiş 11 nəfər döyüşçü veteran hər biri 1000 manat, 9 nəfər arxa cəbhə iştirakçısı hər biri 500 manat, 133 nəfər dünyasını dəyişən müharibə iştirakçılarının dul qalmış arvadları isə hər biri 500 manat olmaqla birdəfəlik yardımdan istifadə edə biləcək. Bu barədə Sputnik Azərbaycanın bölgə müxbirinə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının Bərdə rayon Şöbəsinin sədri Oqtay Həşimov məlumat verib.

İkinci Dünya Müharibəsinin əfsanəsi tapıldı

1923-cü il təvəllüdlü Məmmədov Mirzə Məhəmməd oğlu, 1922-ci il təvəllüdlü Musayev Səfər İbrahim oğlu, 1918-ci il təvəllüdlü Quliyev Məcid Cavad oğlu, 1926-cı il təvəllüdlü Hüseynov Məhəmməd Səməndər oğlu, 1924-cü il təvəllüdlü Səfərov Bayram Qaraş oğlu, 1926-cı il təvəllüdlü Abbasov Əsgər Məhəmməd oğlu, 1926-cı il təvəllüdlü Əliyev Qulu Misir oğlu, 1924-cü il təvəllüdlü Hüseynov Hüseyn Teymur oğlu, 1924-cü il təvəllüdlü İsmayılov Yarməmməd İdris oğlu, 1919-cu il təvəllüdlü Mənsimov Oruc Budaq oğlu, 1925-ci il təvəllüdlü Kərimov Əsgər Əliş oğlu hal-hazırda həyatdadırlar.

Döyüşçü veteranların içərisində ən yaşlısı Bərdə rayon Mustafaağalı kənd sakini Quliyev Məcid Cavad oğludur. İyunun 7-də onun 100 yaşı tamam olur.