Hakim partiyanın nümayəndəsi: "Paşinyan bizi inandıra bilmədi"

Nikol Paşinyan hakim partiyanın nümayəndələrini inandıra bilməyib
Sputnik

BAKI, 1 may — Sputnik. Etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir ola bilməz. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib. 

Onun fikrincə, Paşinyanın Qarabağ üzrə danışıqlar prosesinə dair heç konsepsiyası yoxdur. Onun müdafiəyə ayrılacaq büdcəni necə artıracağına dair suala cavabı yoxdur. 

Müdafiə, iqtisadiyyat və ya hüquq sahəsində isə bu cür yanaşmalara ehtiyac var. Çünki xalq tribunu və ya natiq deyil, hökumət başçısı seçilir. Ona görə də inandırmaq bacarığı deyil, konsepsiyalar lazımdır. 

Serj Sarqsyan partiya sədrliyindən də getdi

“Heç kim sosial problemlərdən üz döndərmir. Korrupsiya və digər problemlər də var. Kimin baş nazir olmasından asılı olmayaraq, ultimatumlarla danışmaq olmaz. Bir-birinə yardım etmək lazımdır”, — deyə Şarmazanov qeyd edib.  

O vurğulayıb ki, hakimiyyət ultimatumlar və ya təzyiqlərə deyil, dialoqa hazırdır. 

Şarmazanov qeyd edib ki, baş nazirin müavinləri və müdafiə naziri də daxil olmaqla, mümkün hökumətdə vacib postlara namizədlərin adını açıqlamayıb: "Ermənistan sakinlərinə güclü ölkə lazımdır".