NATO-dan Türkiyə ilə bağlı maraqlı açıqlama

NATO baş katibi: "Türkiyə NATO üçün kilid əhəmiyyətə sahib bir ölkədir. Bunu anlamaq üçün xəritəyə baxmaq kifayətdir"
Sputnik

BAKI, 1 may — Sputnik. "Türkiyə NATO üçün çox böyük əhəmiyyəti olan ölkədir. Bunu anlamaq üçün xəritəyə baxmaq kifayətdir".

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq deyib.

NATO baş katibi bildirib ki, İŞİD-lə mübarizədə beynəlxalq koalisiyaya verdiyi dəstəyə görə Türkiyəyə minnətdarıq. O, diqqətə çatdırıb ki, Türkiyə hökumətinin çevriliş cəhdinin arxasında duranları hüquqi şəkildə təqib etməsinin haqqı var.

Türkiyənin terrordan ən çox zərər görən NATO ölkəsi olduğunu xatırladan Stoltenberq deyib: "Təbii ki, Türkiyənin özünü qorumaq haqqı var, amma, bu, mütənasib şəkildə edilməlidir".