İQTİSADİYYAT

Mərkəzi Bank xarici valyutalarla bağlı qərarını açıqladı

Manat xarici valyutalar qarşısında bahalaşıb
Sputnik

BAKI, 1 may — Sputnik. May ayının 1-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 30-u ilə müqayisədə dəyişməyərək, 1,7000 manat olub. Avro/manat məzənnəsi 2.0522 manata, rubl/manat məzənnəsi isə 0,0270 manata düşüb.

Qeyd edək ki, dünən 1 dollar 1,7000 manat, 1 avro 2.0618 manat, 1 rubl 0,0272 manat idi.